Federasiya məşqləri bərpa etdi

İrlandiya Futbol Assosiasiyası (FAI) klublara iyunun 15-dən etibarən məşqləri bərpa etməyə icazə verib. Newsport.az xəbər verir ki, bu barədə qurumun “Twitter” hesabından məlumat verilib.

Bütün klublar sosial məsafəni qoruyaraq məşqlərini davam etdirə bilərlər. Futbolçuların şəxsi antiseptikləri və su üçün ayrı bir şüşəsi olmalıdır.

Qeyd edək ki, İrlandiya çempionatı martda koronavirus pandemiyası səbəbiylə dayandırılıb. Geridə qalan beş turdan sonra “Şamrok Rovers” 15 xalla liderdir. İkinci sıradakı  “Dundalk”ın 12, üçüncü “Bohemians"ın isə 9 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right