Hakimi "Mançester Siti"ni gözləyir

"Real"ın müdafiəçisi Əşrəf Hakimi karyerasını Premyer Liqada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, 21 yaşlı oyunçu ilə "Mançester Siti" maraqlanır.

İcarə əsasında “Borussiya”da çıxış edən mərakeşli futbolçunun mövsüm sonu Madrid klubuna qayıtması gözlənilir. Hakimi davamlı oynaya biləcəyi komandaya getmək istədiyni açıqlayıb. Bu səbəbdən də “şəhərlilər”ə keçə biləcəyi vurğulanıb.

Ancaq oyunçu klubun Avropadan kənarlaşdırılması ilə bağlı qərarından sonra seçimini edəcək. Məhkəmə “Mançester Siti”nin avrokuboklardan uzaqalaşdırma cəzasını ləğv edərsə, Hakimi Premyer Liqaya yollanacaq

21 yaşlı müdafiəçi bu mövsüm Bundesliqa keçirdiyi 31 matçda 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right