İdman direktoru PSJ-nin maliyyə itkisini açıqladı

PSJ-nin idman direktoru Leonardo koronavirus pandemiyası səbəbindən klubun maliyyə itkisini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, braziliyalı funksioner 200 milyon avroya yaxın ziyanla üzləşdiklərini bildirib:

"Koronavirus pandemiyası yer kürəsinə öz təsirini göstərdi. Pandemiya klubların maliyyə itkisi ilə üz-üzə qoydu. Bu, bizə də aiddir. 200 milyon avro itkiyə məruz qaldığımız söylənilir? Bəli, bu rəqəmə yaxındır. Bu yay 100 milyon avroya yaxın transferin reallaşacağına inanmıram.

Çünki bu məbləği başqa klublar kimi PSJ də xərcləmək istəmir. Çox ciddi maliyyə itkilərimiz var. Daha yaradıcı olub, problemləri həll edə bilərik. Bəzi dəyişikliklərlə rəqabətli komandanı saxlamaq mümkündür".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right