"Tottenhem" Silva ilə maraqlanır

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo PSJ ilə müqaviləsi başa çatacaq Tyaqo Silvanı komandasında görmək istəyir.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis braziliyalı futbolçunun komandadan ayrılacağı gözlənilən Yan Vertongenin əvəzinə alınmasının arzulayır.

35 yaşlı müdafiəçi ilə "Arsenal" və "Everton" da maraqlanır.

PSJ-nin idman direktoru Leonardo təcrübəli futbolçunun müqaviləsini uzatmayacaqlarını açıqlamışdı.

Paris klubu Silvanı 2012-ci ildə "Milan"dan 42 milyon avroya transfer edib. Arxa xətt oyunçusu bu mövsüm 30 oyunda 1 qol vurub, 1 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right