“Beşiktaş” fasilədən sonrakı ilk oyununda xalsız qaldı

Koronavirus pandemiyasına görə martdan dayandırılan Türkiyə Super Liqasına yenidən bərpa olunub.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 27-ci tur çərçivəsində iki qarşılaşma baş tutub. Baş məşqçi postuna müvəqqəti olaraq Tahir Karapınarı gətirən “Fənərbaxça” autsayder “Kayserispor”u qəbul edib. İstanbul təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb. Lider “Trabzonspor” isə İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.

“Beşiktaş” doğma meydanda “Antalyaspor”a, “Yeni Malatyaspor” isə “Kasımpaşa”ya məğlub olub. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Başakşəhər” bu turda “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirib və qələbə qazanıb.

“Qalatasaray” isə “Rizəspor”la üz-üzə gələcək.

Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.

Türkiyə Super Liqası, 27-ci tur

12 iyun

Fənərbaxça – Kayserispor 2:1
Qol
: Muriqi, 86-pen. L.Qustavo, 88 – Mensah, 59.

Göztəpə – Trabzonspor 1:3
Qol
: A.Öztürk, 57-pen – Nvakaeme, 16. Ekuban, 52-pen. B.Emir, 84-öz qapısına.

13 iyun

Başakşəhər – Alanyaspor 2:0
Qol
: M.Tekdemir, 64. Vişça, 79-pen.

Beşiktaş – Antalyaspor 1:2
Qol
: Lyayiç, 68 – S.Gümüş, 15. Amilton, 35.

Yeni Malatyaspor – Kasımpaşa 1:2
Qol
: Donald, 45+3 – Thiam, 61; 67.

14 iyun

19:30 Gənclərbirliyi – Konyaspor
22:00 Qaziantep – Ankaragücü
22:00 Rizəspor – Qalatasaray

15 iyun

22:00 Sivasspor – Dənizlispor

Bombardir: Aleksandr Sörlot (“Trabzonspor”) – 19 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right