Beyl qərarını verdi

"Real"ın hücumçusu Qaret Beyl komandadan ayrılmayacaq. Newsport.az xəbər verir ki, bu barədə oyunçunun agenti Conatan Barnett açıqlama verib.

O bildirib ki, Beyl Madrid klubunda xoşbəxtdir və İspaniyadan getmək fikiri yoxdur. Barnett onun Premyer Liqaya qayıtmasının böyük hadisə olacağını vurğulasa da, bunun hazırda mümkün olmadığını sözlərinə əlavə edib.  

30 yaşlı futbolçu cari mövsüm “Real”da 18 oyun keçirib və 3 qol vurub. Daha əvvəl Beyllə "Nyukasl"ın maraqlandığı bildirilirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right