"Real" Ramosa müqavilə təklif etməyib

“Real” kapitanı Serxio Ramosla danışıq aparmayıb. Newsport.az xəbər verir ki, bu barədə oyunçunun qardaşı və agenti Rene Ramos “Marca”ya açıqlama verib.

O bildirib ki, rəhbərlik sözləşmə yeniləmək üçün Ramosla əlaqə saxlamayıb. Ancaq iki tərəfin də belə bir niyyətinin olduğunu vurğulayıb. Rene qardaşının “Real”da xoşbəxt olduğunu və yaxın vaxtda danışıqların bərpa olacağını ümid etdiyini sözlərinə əlvə edib.

Xatırladaq ki, İspaniya mətbuatı "kral klubu"nun kapitana yeni sözləşmə təklif etdiyini yazmışdı.

Qeyd edək ki, müdafiəçinin Madrid klubu ilə müqaviləsi 2021-ci ilə qədərdir. Onun daha bir il komandada qalacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right