Ad gününə gedən "Barselona"nın futbolçusu cəzalanacaq

"Barselona"nın müdafiəçisi Nelson Semedo koronavirus infeksiyasına qarşı qəbul edilən qaydalara riayyət etməyib. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı oyunçu bazar ertəsi günü 20-dən çox adamın iştirak etdiyi ad gününə qatılıb.

Bildirilir ki, Semedo da məclisdəki digərləri kimi qoruyucu maska taxmayıb və sosial məsəfəni qorumayıb. Bununla da o, həm hökumətin, həm də La Liqa rəhbərliyinin tövsiyələrinə əməl etməyib.

“Barselona” isə müdafiəçinin belə bir tədbirdə olmasından xəbərdar olmadığını bildirir. Rəhbərlik məsələni klub daxilində həll etməkdən yanadır. Ancaq Semedonu daha ağır cəza gözləyə bilər.

Qeyd edək ki, La Liqa koronavirus pandemiyası səbəbiylə yaranan fasilədən sonra iyunun 12-də davam edəcək. Ayın 13-də isə  "Barselona" səfərdə "Malyorka" ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right