Çempionlar Liqasının finalı İstanbuldan alınır

UEFA Çempionlar Liqasının finalını İstanbuldan aldı. Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər artıq bu barədə razılığa gəliblər.

Bildirilir ki, Türkiyə Futbol Federasiyası İstanbulda baş tutmalı olan görüşün azarkeşlə oynanılmasını istəyir. Ancaq UEFA məlum səbəblərdən bunun mümkün olmayacağını bildirib. Bu səbəbdən də qrum builki finalı başqa şəhərdə keçirəcək.

Ancaq razılaşmaya əsasən, Çempionlar Liqasının gələn ilki finalı İstanbula veriləcək. 2021-ci ildə Atatürk Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın azarkeşli olacağı vurğulanıb. TFF-nin də bu təkliflə razılaşdığı bildirilir. Federasiya prezidenti Nihat Özdemir Çempionlar Liqasının həlledici matçının boş tiribunalar önündə keçirilməsinə qarşı olduqlarını deyib.

Qeyd edək ki, bu barədə yekun qərar UEFA İcraiyyə Komitəsinin ayın 17-də keçirəcəyi videokonfransda veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right