İngiltərədə bu çempionatların da başa çatdırıldığı açıqlandı

İngiltərədə koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış daha iki çempionatın vaxtından əvvəl başa çatdırılmasına qərar verilib.
 
Newsport.az xəbər verir ki, söhbət Premyer Liqa və Çempionşipdən sonra nüfuzuna görə üçüncü (League One) və dördüncü (League Two) hesab olunan ölkə çempionatlarından gedir.
 
Bu barədə İngiltərə Futbol Liqasının (EFL) rəsmi saytı məlumat yayıb. Xəbərdə iştirakçı klublar arasında aparılan səsvermə nəticəsində belə bir qərarın qəbul olunduğu diqqətə çatdırılıb.
 
Üçüncü Liqada lider “Koventri Siti” çempion elan olunub. Bu komanda ilə birgə ikinci sırada qərarlaşan “Rotherhem Yunayted” də növbəti mövsümdən Çempionşipdə oynamaq hüququ qazanıb. “Uikomb Uonderers, “Oksford Yunayted”, “Portsmut” və “Flitvud Taun” isə Çempionşipə sonuncu vəsiqə uğrunda pley-offda mübarizə aparacaq. “Tranmere Rovers”, “Sautend Yunayted” və “Bolton” isə aşağı liqaya düşüb.
 
Dördüncü Liqada lider “Suindon Taun” çempion elan edilib. Bu komanda ilə yanaşı əsas izləyiciləri olan “Kryu” və “Plimut” də birbaşa Üçüncü Liqaya vəsiqə qazanıb. “Çeltnem Taun”, “Ekseter Siti”, “Kolçester Yunayted” və “Northempton Taun” isə Üçüncü Liqaya vəsiqə uğrunda pley-offda yarışacaq. Son pillədə qərarlaşan “Steveneyc”, eləcə də “Maklsfild Taun” aşağı liqaya yuvarlanıb.
 
Xatırladaq ki, İngiltərədə bundan öncə daha aşağı liqalar, eləcə də qadınlar arasındakı çempionatların vaxtından əvvəl başa çatdırılmasına qərar verilmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right