“Fənərbaxça”da müvəqqəti baş məşqçi

Türkiyənin “Fənərbaxça” klubunun yeni baş məşqçisi məlum olub.
 
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisini müvəqqəti olaraq Tahir Karapınar çalışdaracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Karapınar, Super Liqanın son 8 turunda “Fənərbaxça”ya müvəqqəti baş məşqçilik edəcək.
 
Karapınar yeni mövsümdən “Fənərbaxça”nın akademiyasında koordinator olaraq çalışacaq. 53 yaşlı mütəxəssis daha əvvəl “Konyaspor”, “Manisaspor”, “Qaziantep” kimi klublarda köməkçi məşqçi kimi çalışıb.
 
Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa olunacaq




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right