Asmir Beqoviç gələcək karyerası ilə bağlı danışdı

“Çempionatlar hələ indi başlayır. Bu səbəbdən də transfer barədə nəsə demək çətindir”

Newsport.az xəbər verir ki, bu sözləri Asmir Beqoviç “Sky Sports”a gələcək karyerası ilə bağlı danışarkən deyib. Hazırda “Milan”da çıxış edən bosniyalı qolkiper “Bornmut”la sözləşməsinin davam etdiyini xatırladıb:

“İşlər biraz daha qaydasına düşəndən sonra gələcək üçün daha yaxşı qərar vermək olar. Mövsümün sonuna qədər “Milan”la müqaviləm var. Bu müddət ərzində komandaya kömək etmək istəyirəm. Daha sonra nə olacağını bilmək olmur. “Bornmut”la iki illik müqaviləm davam edir. Yəqin ki, gələcəyi bir neçə ay sonra müzakirə etməyə başlayacağıq”.

Qeyd edək ki, Beqoviç mövsümün ilk yarısını “Qarabağ”da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right