"Yuventus" "Barselona"lı ilə danışıqlara başlayır

"Yuventus" "Barselona"nın yarımmüdafiəçisi Artur Melonu heyətinə qatmaqda israrlıdır. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, Turin təmsilçisi yaxn günlərdə oyunçu ilə danışıqlara başlayacaq.

Məlumata görə, “Yuventus” braziliyalı futbolçuya “Barselona”dan daha yaxşı maaş təklif edəcək. A Seriyası təmsilçisi Katalonya klubunda illik beş milyon avro qazanan Artura üç qat yüksək məbləğ ödəməyə hazırdır.

“Barselona” isə futbolçunu satmaq niyyətində deyil. Daha əvvəl Arturun Miralem Pyaniç transferində istifadə olunacağı bildirilirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right