"Mançester Siti" 1-ci, "Liverpul" 14-cü oldu

İngiltərə Premyer Liqa klublarının son 5 ildə gəlirləri xaric transferə xərclədikləri məbləğ açıqlanıb. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, “Mançester Siti” bu yöndə hamını qabaqlayıb.

Siyahıya son beş ildə 602 milyon funt sterlinq xərcləyən “şəhərlilər” başçılıq edir. İkinci "Mançester Yunayted" (484,8), üçüncü isə  "Arsenal" (267,8) komandasıdır.

Son Çempionlar Liqasının qalibi və Premyer Liqanın hazırkı lideri “Liverpul” transferə son beş ildə cəmi 107.5 milyon pul ayırıb. “Qırmızılar” bu göstərici ilə siyahıda  14-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, mart ayında koronavirus pandemiyası səbəbindən dayanan Premyer Liqada mövsüm iyunun 17-də “Aston Villa” – “Şeffild Yunayted” və “Mançester Siti” – “Arsenal” görüşü ilə başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right