"Barselona" Fati üçün gələn 100 milyonluq təklifi qəbul etmədi

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu komandanın parlayan ulduzu Ansu Fati üçün gələn 100 milyon avroluq təklifi qəbul etmədiklərini deyib.

 

Newsport.az "Sport"a istinadla xəbər verir ki, klub daxilində keçirilmiş onlayn videokonfransda təklif barədə müzakirə aparılıb. Klub prezidenti Qvineya-Bisau əsilli ispan futbolçunun satılmayacağını bildirib.

 

17 yaşlı yarımmüdafiəçiyə təklif yollayan klubun adı açıqlanmayıb. Fati  bu mövsüm 21 oyunda 4 qol vurub, 1 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right