"Mənə başqa şeylər haqda düşünmək lazım deyil"

“Barselona”nın futbolçusu İvan Rakitiç son vaxtlar komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi “AS” nəşrinə açıqlamasında hələ bir müddət Kataloniya klubunda qalacağını düşündüyünü deyib:

“Mənə başqa şeylər haqda düşünmək lazım deyil. Son vaxtlar yaxşı məşq edirəm, özümü yaxşı hiss edirəm və əminəm ki, hələ daha bir müddət “Barselona”da qalacam.

Mövsüm bərpa olunduqdan sonra şadlanmaq və əylənmək niyyətindəyəm. Bu isə o deməkdir ki, “Barselona" ilə daha çox kubok qazana bilərəm”.

“Barselona”nın Rakitiçi satmaq istədiyi haqda xəbərlər yayılıb. Onun adı daha çox “İnter”lə hallanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right