“Liverpul” bahalı transferlərdən niyə imtina etdi? – Klopp danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp yayda bahalı transfer etməkdən imtinalarının səbəbini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, o deyib ki, hazırda bütün klublar pul itirirlər.

“Biz satdığımız biletin pulunu geri qaytarmaq məcburiyyətindəyik. Gələn mövsüm üçün isə 10-15 matça ümumiyyətlə, heç bilet satmaya bilərik. Tribunalar boş olacaq. Bu, bizim tərəfdaşlarımıza da təsir edir. Beləliklə, hər şey dəyişəcək. Biz futbolçuların maaşını azaltmağı müzakirə etmək haqda düşündüyümüz vaxtda, 50-60 milyonluq oyunçu alsaq, o zaman izahat verməli olacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right