ÇL-in bütün oyunları bu şəhərdə

Lissabon Çempionlar Liqasının bu mövsüm keçirilməyən digər bütün oyunlarını qəbul etməyə əsas namizəd şəhərdir.

Newsport.az-ın məlumatına görə, bu barədə Almaniyaın “Bild” nəşri məlumat yayıb. Portuqaliya paytaxtının bu rəqabətdə Frankfurt və Moskvanı qabaqladığı iddia edilir.

Bu mövsüm ÇL-in finalının ev sahibliyi hüququ İstanbuldadır. Amma Türkiyənin epedimioloji vəziyyətlə bağlı UEFA-ya təminat verə bilmədiyi iddia olunur. Bu səbəbdən də UEFA koronavirusla bağlı durumu nəzərə alaraq yarışı 1/4 finaldan başlayaraq eyni şəhərdə - keçirmək haqda düşünür.

Qeyd edək ki, Portuqaliyanın bütün klubları ÇL-də mübarizəni dayandırıb. Bu da həmin ölkənin  oyunları qəbul etmək şansını daha da artrıb.

Məsələ ilə bağlı yekun qərarın UEFA İcraiyyə Komitəsinin iyunun 17-də keçiriləcək iclasında veriləcəyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right