Kloppdan Haverts və Verner açıqlaması

"Liverpul"un baş məşqçisi Yurgen Klopp adı komanda ilə hallanan Timo Verner və Kay Havertsin mümkün keçidi barədə danışıb.

 

Newsport.az-ın məlumatına görə, alman mütəxəssis hər iki futbolçunun yüksək keyfiyyətlətə sahib olduğunu bildirib:

 

"Planetimizdə çox yaxşı futbolçular var. Timo Verner və Kay Haverts möhtəşəm oyunçulardır. Transferləri üçün doğru zaman və fürsət bir araya gəlməlidir. Yaxın zamanda mövsümü sona qədər tamamlayıb-tamamlamayacağımızı bilmirik. Hər şey çox sürətlə dəyişir".

 

Verner bu mövsüm "Leyptsiq"də 41 oyunda 31 qol vurub, 12 assist edib. Haverts isə "Bayer"də 38 oyunda 15 qol vurub və 8 assistlə yadda qalıb. Hər iki oyunçu Almaniya millisinin üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right