Hakimi “Real”a qayıdır Yeni müqavilə bağlayacaq

İcarə qaydasında Dortmund “Borussiya”sında oynayan Əşrəf Hakimi 2019/20 mövsümünün sonu “Real”a qayıdacaq.

Newsport.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb. 21 yaşlı futbolçu Madrid təmsilçisi ilə yeni – 2025-ci ilin yayına qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, bu mövsüm mərakeşli oyunçu “Borussiya”da 29 oyun keçirib, 5 qol vurub və 10 qolun ötürməsini edib. Onun “Real”la hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right