“Atletiko” ÇL-in qalibi elan edilməlidir” Koke

“Atletiko”nun yarımmüdafiəçisi Koke Çempionlar Liqasının hazırkı mövsümü ilə bağlı fikirlərini açıqlayıb.

Newsport.az-ın xəbərinə görə, “AS” nəşrinə müsahibəsində o deyib ki, əgər koronavirus pandemiyası səbəbindən yarışı başa çatdırmaq mümkün olmasa, UEFA qalibi elan etməlidir:

“Dostlarımla söhbətimdə də deyirəm ki, bu Çempionlar Liqası “Atletiko”ya görə idi. Əgər mövsüm başa vurulmasa, məhz biz qalib elan edilməliyik. Bosksda olduğu kimi. Axı biz indiki çempionu (“Liverpul”u – red.) mübarizədən kənarlaşdırmışıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right