A Seriyası təmsilçiləri erkən çempionluğa qarşı çıxdılar

Cümə günü futbol üzrə İtaliya A Seriyası təmsilçilərinin iclası keçirilib. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, toplantıda yenidən mövsümün erkən bitirilmə ehtimalı müzakirə edilib.

Bildirilir ki, klub nümayəndələri A Seriyasının vaxtından əvvəl başa çatdırılacağı təqdirdə, hazırkı duruma əsasən çempionun və aşağı dəstəyə göndərilənlərin elan edilməsinin əleyhinə olublar. Məsələ ilə bağlı yekun qərarın bazar ertəsi İtaliya Futbol Federasiyasının (FIGC) iclasında qəbul ediləcəyi bildirilib.

Qeyd edək ki, İtaliya çempionatının iyunun 13-də bərpa olunacağı açıqlanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right