"Çelsi" alman hücumçu ilə anlaşdı

“Leyptsiq”in futbolçusu Timo Verner karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Newsport.az “Telegraph”a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Çelsi”nin təklifini qəbul edib. London klubunun Vernerlə ildə 10 milyon avro qazanması şərti ilə 5 illik müqavilə əsasında anlaşdığı bildirilir.

"Zadəganlar”ın bu transfer üçün Almaniya klubuna 53 milyon funt-sterlinq ödəyəcəyi qeyd olunub.

Xatırladaq ki, Almaniya millisinin üzvü ilə "Liverpul" da yaxından maraqlanır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right