"Barselona"ya Messi şoku

"Barselona"nın hücumçusu Lionel Messi fasilədən sonra ilk matçı buraxacaq. Newsport.az xəbər verir ki, argentinalı futbolçu komandanın son məşqində bud əzələsində narahatlıq hiss edib.

Daha əvvəl argentinalı oyunçunun idman zalında fərdi məşq etdiyi və yaxın günlərdə ümumi məşqlərə başlaya biləcəyi deyilirdi.

Qeyd edək ki, İspaniya La Liqasının iyunun 11-də bərpa olunacaq. "Barselona" isə "Malyorka" ilə iyunun 13-də qarşılaşacaq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right