İngiltərə klublarında 9 nəfər koronavirusa yoluxdu

İngiltərə Çempionşipində mübarizə aparan klublardan növbəti dəfə koronavirus testi götürülüb.

Newsport.az İngiltərə Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 9 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.

24 klubdan 1094 nəfər testdən keçirilib. Onların arasında 6 ayrı klubdan 9 nəfərdə koronavirus aşkarlanıb. Adlar açıqlanmayıb.

Test nəticəsi müsbət çıxan şəxslər xüsusi nəzarətə götürülüblər.

Qeyd edək ki, daha əvvəl Çempionşipdə 15 nəfərdə koronavirus aşkarlanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right