İbrahimoviç "Yuventus" oyununda qayıdacaq

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara dönəcəyi tarix müəyyənləşib. Newsport.az xəbər verir ki, təcrübəli forvard iyulun əvvəlində komanda ilə məşqlərə başlayacaq.
 
Bir aydır zədədən əziyyət çəkən Zlatan hazırda fərdi məşqlərlə kifayətlənir. Həkimlər onun iyulun 7-də - A seriyasının XXXI turunda "Milan"ın “Yuventus”a qarşı keçirəcəyi görüşə yetişə biləcəyini düşünür.
 
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martda dayandırılan İtaliya A seriyası iyunun 20-də bərpa olunacaq. “Milan” məcburi fasilədən sonra ilk oyununu iyunun 22-də səfərdə “Leççe”yə qarşı keçirəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right