Maaşlarının azaldılmasına qarşı çıxdılar

"Barselona"nın prezidenti Xosep Bartomeu növbəti dəfə maaşların azaldılması tələbi ilə futbolçulara müraciət edib.

Newsport.az RAC1-ə istinadən xəbər verir ki, klub rəhbəri bu dəfə oyunçulardan rədd cavabı alıb. Futbolçular tezliklə La Liqanın bərpa olunacağını əsas gətirərək klubun təklifinə razı olmayıblar. 

Qeyd edək ki, Kataloniya təmsilçisi ilə oyunçuların ilkin razılıq müddəti başa çatmaq üzrədir. 3 ay ərzində futbolçular maaşlarının 17 faizindən məhrum olublar. Bununla da "Barselona" 40 milyon avrodan çox qənaət edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right