“Bakı”nın bazasını bu şirkət sökür

“Bakı”nın bazasında söküntü işlərinin getdiyi barədə məlumat vermişdik. Ərazinin satılması, inşaat işləri ilə bağlı yeni detallar əldə etmişik.

Bazanın 9 hektarlıq ərazisini alan Türkiyənin “Aral Group” şirkətidi. Bakıda da mərkəzi olan şirkət bazanın yerində yaşayış kompleksi tikməyi planlaşdırır. Yaxın zamanda söküntü işlərini bitirib, yeni binaların inşasına başlayacaqlar. “Greenville Residence” adlanacaq kompleksin tikilişinin təxminən 3-4 il çəkəcəyi güman edilir. “Aral Group” daha əvvəl də Azərbaycanda layihələr həyata keçirib.

“Bakı”nın bazası 2011-ci ildə fəaliyyətə başlamışdı. Klubun sahibi Hafiz Məmmədovun tikdirdiyi bazanın açılışında ölkə başçısı İlham Əliyev də iştirak etmişdi. “Bakı” dağıldıqdan sonra baza müxtəlif klublar tərəfindən məşq etmək və yoldaşlıq oyunları keçirmək üçün istifadə olunurdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right