"Borussiya"nın futbolçusu "Real"ın hədəfində

“Borussiya”nın oyunçusu Yadon Sanço karyerasını İspaniyada davam etdirə bilər. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, “Real” 20 yaşlı futbolçunun xidmətində maraqlıdır .

Sançonu “Çelsi” və “Barselona” da heyətinə qatmağı düşünür. Ancaq Dortmund təmsilçisinin oyunçu üçün tələb etdiyi məbləğ klubların transferdən vaz keçmələrinə səbəb ola bilər. Belə ki, “sarı-qaralar” 20 yaşlı futbolçuya 100 milyon avro qiymət qoyub.

Koronavirus pandemiyasının yaratdığı böhran səbəbindən hazırda heç bir komandanın bu rəqəmi verə bilməyəcəyi vurğulanıb. Bu səbəbdən də “kral klubu” 2021-ci ildə Sançonu heyətinə qatmağı planlaşdırır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right