"Barselona" istəyir, "Mançester Siti" vermir

"Mançester Siti"nin müdafiəçisi Erik Qarsia "Barselona"nın marağındadır. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, artıq tərəflər arasında danışıqlar başlayıb.

Mançester təmsilçisi Kataloniya klubunun müdafiəçisi Nelson Semedo ilə maraqlanır. “Barselona” isə onun əvəzinə gənc oyunçu Qarsianı heyətinə cəlb etmək istəyir. 19 yaşlı oyunçu Kataloniya klubunun yetirməsidir. O, 2017-ci ildə “Mançester Siti”yə transfer olunub. Qarsia 2019-cu ildə Premyer Liqada debüt edib.

"Mançester Siti"nin futbolçunu buraxmaq niyyətində olmadığı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right