UEFA avrokubokların formatını dəyişdirməyə hazırlaşır.

UEFA avrokubokların formatını dəyişdirməyə hazırlaşır.
 
Newsport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Koronavirus pandemiyasına görə dayandırılan hər iki turnirin bərpadan sonra 1/4 final mərhələsindən "8-lər finalı" formatında keçirilməsinin müzakirə edildiyi bildirilir.
 
Matçların ayrı-ayrı şəhərlərdə deyil, Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. Komandalar pley-off mərhələsində olduğu kimi öz aralarında 2 yox, 1 oyun keçirəcəklər.
 
Qarşılaşmaların Münhen və Madriddə oynanılması variantı da nəzərdən keçirilir. Yekun qərar UEFA İcraiyyə Komitəsinin iyunun 17-dəki iclasında qəbul olunacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right