İqalo "Mançester Yunayted"də qaldı

Hücumçu Odion İqalo karyerasını “Mançester Yunayted” klubunda davam etdirəcək.Newsport.az xəbər verir ki, Çinin “Şanxay Şenxua” klubuna məxsus 30 yaşlı futbolçunu icarə müddəti uzadılıb.
 
İqalonun 2021-ci il yanvarın 31-dək Premyer Liqa təmsilçisində çıxış edəcəyi bildirilir. 2020-ci ilin yanvarında mayın 31-dək icarəyə götürülən hücumçu üçün 3 milyon funt sterlinq ödənmişdi. İqalo isə həftədə 130 min qazanırdı.
 
Qeyd edək ki, Odion Mançester təmsilçisində keçirdiyi 8 matçda 4 qol vurub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right