Saul "Atletiko"dan gedir

"Atletiko"nun yarımmüdafiəçisi Saul Niqes komandadan ayrılmağa hazırlaşır.

İspaniya millisinin üzvü "Twitter" hesabında 3 gün sonra yeni klubunun adını açıqlayacağını yazıb.

Britaniya mətbuatının iddiasına görə, 135 milyon funt-sterlinq satış maddəsi olan 25 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted" almağa çalışır. "Qırmızı şeytanlar" Saula həftəlik 200 min funt-sterlinq maaş ödəməyə hazırdı.

Madrid "Real"ının yetirməsi 14 yaşında "Atletiko"ya keçib. Onun "hindular"la müqaviləsi 2026-cı ilin iyunun 30-da başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right