"Atletik" baş məşqçisi ilə müqaviləni uzatdı

İspaniyanın "Atletik" klubu baş məşqçisi Qaiska Qaritano ilə müqavilənin müddətini uzadıb.

Newsport.az Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisin yeni sözləşməsi 2021-ci ilin iyununa qədərdir. "Atletik" İspaniya kubokunun finalına yüksəlib və həlledici görüşdə "Real Sosyedad"la üz-üzə gəlib.

Qeyd edək ki, ispaniyalı çalışdırıcı 2018-ci ilin dekabrından komandaya rəhbərlik edir.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right