Çempionşipdə daha 10 nəfərdə koronavirus aşkarlandı

İngiltərə Çempionşipində mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
 
Newsport.az xəbər verir ki, analizlər nəticəsində 10 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.
 
İngiltərə Futbol Liqasından (EFL) verilən rəsmi açıqlamaya görə, mayın 28-29-da Çempionşipdə çıxış edən 24 klubda bütövlükdə 1058 nəfər testdən keçirilib. Onların arasında 8 ayrı klubdan 10 nəfərdə koronavirus aşkarlanıb. Lakin adlar açıqlanmayıb.
 
Test nəticəsi müsbət çıxan şəxslər karantinə alınıblar və xüsusi nəzarətə götürülüblər.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right