Premyer Liqa "Mançester Siti" - "Arsenal" görüşü ilə başlayır

Premyer Liqanın bərpa olunma tarixi ilə bağlı qərar qəbul edilib.Newsport.az xəbər verir ki, mövsüm iyunun 17-də başlayacaq.

Məlumata görə, klublardan təhlükəsizlik tədbirlərinə riayət olunması tələb edilib. Çempionat 28-ci turdan təxirə salınan “Mançester Siti” – “Arsenal” və “Aston Villa” – “Şeffild Yunayted” görüşləri ilə start götürəcək. 30-cu tur iyunun 19-da başlayacaq. Oyunların həftəsonu və azarkeşsiz keçiriləcəyi bildirilir.

Premyer Liqa rəhbərliyindən verilən açıqlamada fanatların oyunları TV-dən izləməsi və mövsüm bərpa olduqdan sonra mərhələli şəkildə hər şeyin normala dönməsinə çalışılacağı qeyd edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right