İngiltərə klubunun 2 futbolçusunda koronavirus aşkarlandı

İngiltərənin “Fulhem” klubunun iki futbolçusu koronavirusa yoluxub.
 
Newsport.az xəbər verir ki, futbolçular və işçilər arasında aparılan testlərdən sonra iki futbolçunun koronavirusa yoluxduğu məlum olub.
 
Bu barədə Çempionşip klubunun mətbuat xidməti məlumat yayıb. Lakin həmin futbolçuların adları açıqlanmır. Artıq hər iki futbolçu karantinə alınıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right