Belçikada kubokun finalı keçiriləcək

Koronavirus pandemiyasına görə 2019/20 mövsümünü vaxtından əvvəl başa vuran Belçikada ölkə kubokunun finalı keçiriləcək.

 

Newsport.az xəbər verir ki, federasiya həlledici matçın avqustun 1-də azarkeşsiz keçiriləcəyini açıqlayıb. Brüsseldə keçirilməsi planlaşdırılan oyunda “Brügge” və “Antverpen” klubları qarşılaşacaq.

 

Koronavirus pandemiyasına görə liqa ləğv edildiyi üçün "Brügge" Belçika çempionu elan edilmişdi. Yeni mövsümə avqustdan start veriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right