Premyer Liqa klublarına kollektiv məşqlərə icazə verildi

İngiltərə Premyer Liqasının rəhbərliyi futbol klublarına təmaslı məşqləri bərpa etməyi icazə verib. Newsport.az xəbər verir ki, komandalar artıq kollektiv şəkildə məşq edə və heç bir ara məsafəsini qorumadan top uğrunda mübarizə apara bilərlər.
 
Futbolçuların və məşqçilər heyətinin həftədə 2 dəfə koronavirus testindən keçəcəkləri bildirilir. Qərar səhiyyə təşkilatları və yerli hökumətlə məsləhətləşmədən sonra qəbul edilib.
 
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən martda dayandırılan İngiltərə Premyer Liqasının gələn ay bərpa olunması gözlənilir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right