"Borussiya" 16 yaşlı futbolçu transfer etdi

İngiltərə Çempionşip təmsilçisi “Birmingem”in yarımmüdafiəçisi Yud Bellinqem karyerasını Almaniyada davam etdirəcək. Newsport.az “Bild”ə istinadən xəbər verir ki, “Borussiya” oyunçunu heyətinə cəlb edib.

Dortmund təmsilçisinin 16 yaşlı futbolçu üçün nə qədər ödədiyi açıqlanmayıb. “Mançester Yunayted” yanvarda Bellinqem üçün 30  milyon funt sterlinq versə də, tərəflər razılığa gələ bilməmişdi.

Ancaq oyunçu “Borussiya”da çıxış etmək istədiyi üçün transfer baş tutub. Yarımmüdafiəçi gənc olmasına baxmayaraq, “Birmingem”in əsas futbolçusu hesab olunur. Bellinqem cari mövsüm komandası ilə 32 oyun keçirib və 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right