"Bavariya"ya çatmaq çox çətindir" Lüsyen Favr

“İlk 30 dəqiqə yaxşı oynadıq, ancaq sonra bir şey edə bilmədik. İkinci hissəyə də yaxşı başladıq. Ən azından 1 xala layiq idik”.

Newsport.az xəbər verir ki, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Lüsyen Favr Bundesliqanın 28-ci turunda evdə “Bavariya”ya uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis artıq lider “Bavariya”ya çatmağın çətin olduğunu bildirib: “Çempionluq mübarizəsi çox çətin görünür. Sona 6 oyun qalıb və liderlə 7 xallıq fərqimiz var. Artıq “Bavariya”ya çatmaq çox çətindir”.

Qeyd edək ki, 28 turdan sonra “Borussiya”nın 57, “Bavariya”nın isə 64 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right