Qadın futbolçuları zorlayan federasiya prezidenti cəzalandı

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart gənc qızlara qarşı cinsi zorakılıqda ittiham edildiyi üçün cəzalanıb.

 

Newsport.az xəbər verir ki, FIFA Etika Komitəsinin 84-cü və 85-ci maddələrinə əsasən, 72 yaşlı funksioneri 90 gün futboldan uzaqlaşdırılıb.

 

Ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri Jan-Bartın təcazvüzünə məruz qaldığını açıqlamışdı.

 

Adı açıqlanmayan qız deyib ki, federasiya daxilində “Dadu” ləqəbli şəxs qızları prezidentlə yatmağa təzyiq edir. Razılaşmayanlar millidən qovulur.

 

Qızlardan biri 2018-ci ildə 17 yaşında bakirəliyini itirib və abort etdirməli olub.

 

“Dadu” ləqəbli şəxs və 20 ildir federasiyadan çalışan Jan-Bart xəbəri təkzib edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right