"İnter" və "Atletiko" Kavani üçün yarışır

PSJ-nin hücumçusu Edinson Kavani “İnter” və “Atletiko”nun hədəfindədir. Newsport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, mövsüm sonu azad agent olacaq uruqvaylı oyunçu Paris klubundan ayrılacaq.

Məlumata görə, “İnter” 33 yaşlı futbolçuya 3 illik müqavilə təklif edib. Lautaro Martinesin komandadan ayrılacağı gözlənilir. A Seriyası təmsilçisi bu səbəbdən də Kavanini heyətinə qatmaq niyyətindədir.

Ancaq “İnter”lə yanaşı, “Atletiko” da futbolçunun xidmətində maraqlıdır. Madrid təmsilçisinin yanvarda Kavani ilə təmasa keçdiyi bildirilir. Xəbərdə təcrübəli hücumçunun La Liqada oynamaq istədiyi vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right