"Yuventus"un futbolçuları "Yunayted"ə keçməkdən imtina etdilər

"Yuventus"un futbolçuları Paulo Dibala və Miralem Pyaniç "Mançester Yunayted"ə keçməkdən imtina ediblər.

Newsport.az xəbər verir ki, bu barədə "RAI Sports" məlumat yayıb. Bildirilib ki, İngiltərə klubu yarımmüdafiəçisi Pol Poqbanın Turin təmsilçisinə təklif ediblər. Bunun qarşılığında "Yunated" Dibala və Pyaniçi istəyib. Ancaq onlardan heç bir Premyer Liqa klubuna keçmək istəməyib.

Qeyd edək ki, Pyaniçin "Barselona"ya transfer oluna biləcəyi iddia olunur. P.Dibala isə klubu ilə müqaviləsini 2025-ci ilin yayına kimi uzadıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right