"Qvardiola ilə məşq etmək, universitetə getmək kimi bir şeydir"

"Çelsi"nin qapıçısı Villi Kabalyero "Mançester Siti"də Pep Qvardiola ilə çalışdığı günləri xatırlayıb.

 

Newsport.az xəbər verir ki, argentinalı qapıçı ispan mütəxəssisi böyük məşqçi adlandırıb:

 

"Qvardiola ilə məşq etmək, universitetə getmək kimi bir şeydir. Bir il "şəhərlilər"də onun rəhbərliyi altında çıxış etdim. Hər gün ondan yeni şeylər öyrəndim. Bu, videoları izlədiyiniz zaman və ya şəxsən sizə bir şey izah edəndə meydanda yaşanır. Mənim kimi yaşı çox olan və ya 18 yaşlı futbolçunu çalışdırmaqda problem yaşamır. Mükəmməl xarakterə sahib məşqçidir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right