"Məşqinin səhvinə görə finala çıxa bilmədik" - Əliyev

Kiyev “Dinamo”sunun keçmiş futbolçusu Aleksandr Əliyev komandasının 2008-2009-cu illər mövsümündə “Şaxtyor”a məğlub olaraq UEFA Kubokunun finalına çıxa bilməməsində baş məşqçi Yuri Syomini günahlandırıb.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı hücumçu bu barədə “football.ua”ya danışıb:

“Hesab edirəm ki, məşqinin səhvinə görə finala çıxa bilmədik. O, “Şaxtyor”la oyunda İsmael Banquranı meydandan çıxardı. Biz Kiyevdəki həmin cavab qarşılaşmasında qalib gəlməli idik.

Mənim sonda fürsətim oldu, Artyom Milevski ötürmə verdi və mən beş metrdən zərbə endirdim. Ancaq Andrey Pyatov komandasını xilas etdi”, - deyə, A.Əliyev bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right