La Liqa derbi ilə qayıdır

İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas La Liqanın bərpa ediləcəyi barədə xəbərləri təsdiq edib.

 

Newsport.az-ın məlumatına görə, qurum rəsmisi iyunun 11-də Sevilya derbisi ilə çempionatın bərpa ediləcəyini deyib:

 

"Hər həftə ölkədə koronavirusa yoluxma faizi aşağı düşür. İspaniya çempionatının iyunun 11-də başlayacağı gözlənilir. Bunun üçün xeyli toplanacağıq. İyunun 11-i hesab edirəm ki, "Sevilya - "Real Betis" matçı keçiriləcək. Həftəsonu oyunlar 3 fərqli saatda keçiriləcək. Əgər temperatur yüksək olsa, oyunların saatını irəli çəkəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right