"Qəbələ" ikiqat maaş təklif etdi və mən pulu seçdim"

Cənubi Koreyanın “Ulsan Hunday” klubunda çıxış edən Deyv Bulthuis 2017-ci ildə “Qəbələ”yə keçidi ilə bağlı danışıb.

 

Newsport.az-ın məlumatına görə, 29 yaşlı niderlandlı futbolçu pula görə Azərbaycana gəldiyini deyib:

 

“Nürnberq”dən “Sürix”ə keçə bilərdim, ancaq həmin il “Qəbələ” anidən mənə ikiqat maaş təklif etdi.O zaman seçim qarşısında qaldım: pul, yoxsa futbol? Mən birincini seçdim. "Qəbələ"də 4 oyun keçirdim. Orada 11 əcnəbi var idi.  Bu səbəbdən Azərbaycanda çox qalmaq istəmədim".

 

Bulthuis "Qəbələ"də 6 ay çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right