Koutinyo Premyer Liqaya qayıdır

Flipp Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Newsport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Çelsi” futbolçunun xidmətində maraqlıdır.

Mövsümü icarə əsasında “Bavariya”da keçirən braziliyalının komandada qalmayacağı bildirilir. Müqavilə ilə məxsus olduğu “Barselona” isə futbolçunu satmaq və ya yenidən icarəyə verməyi planlaşdırır.

27 yaşlı yarımmüdafiəçi ilə daha əvvəl “Mançester Yunayted” də maraqlanırdı. Ancaq Koutinyo üçün London klubunun daha israrlı olduğu vurğulanıb.

Qeyd edək ki, futbolçu 2018-ci ildə “Liverpul”dan “Barselona”ya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right