Portuqaliya çempionatının başlanma tarixi açıqlandı

Avropanın daha bir ölkəsində futbol çempionatının bərpa tarixi müəyyənləşib. Newsport.az xəbər verir ki, koronavirus pandemiyası üzündən dayandırılan Portuqaliya çempionatı iyunun 3-də bərpa olunacaq.
 
Qarşılaşmalar 5 günü əhatə edəcək və oyunlar iyunun 3-dən 7-dək keçiriləcək. Yarışın qalan hissəsi iki matçla start götürəcək. “Portimonense” “Jil Visente” ilə, “Famalikao” “Porto” ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, 24 turdan sonra “Porto” 60 xalla 1-ci, “Benfika” 59 xalla 2-ci, “Braqa” 46 xalla 3-cüdür.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right